27 yanvar 2011 18:46
Xəzər Lənkəran`ın oyunçusu Bakı`da
Antalyada təlim-məşq toplanışını davam etdirən "Bakı"nın baş məşqçisi Aleksandr Starkovun baxışa dəvət etdiyi ilk futbolçu müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu, bolqarıstanlı müdafiəçi Radomir Todorovdu.
Məlum olduğu kimi, Todorov Azərbaycan futbolsevərlərinə yaxşı tanış olan oyunçudu. O, 2007-ci ildən etibarən Lənkəranın "Xəzər Lənkəran" klubunun şərəfini qoruyurdu. Lakin hazırda Todorov transferə çıxarılıb. Müdafiəçi bir neçə gün ərzində komandayla birgə məşq edəcək.
30 yaşlı futbolçunun transferi ilə bağlı mümkün qərarı komandanın baş məşqçisi Aleksandr Starkov verəcək. Yalnız bundan sonra Lənkəran klubu ilə danışıqlar aparıla bilər.
