27 yanvar 2011 15:16
Millimiz Macarıstan yığmasını məğlub etdi (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Macarıstanın B millisinə seleksiya məqsədilə dəvət olunmuş futbolçulardan təşkil olunmuş komanda ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 13:00-da başlayan qarşılaşmada yığmamız 2:0 hesabı ilə qələbə qazanıb. Macarıstan yığmasının qapısından topları Emin Cəfərquliyev və Şəhriyar Xəlilov keçirib.
Qeyd edək ki, əslində U-21-in yanvarın 28-də Rusiyanın “Terek” klubunun əvəzedici komandası ilə yoldaşlıq görüşü keçirəcəyi bildirilirdi. Lakin macarlarla oyundan sonra ruslarla yoldaşlıq görüşü keçirilməyəcək.
