27 yanvar 2011 12:14
Yığmamız qələbə qazandı, futbolçumuz het-trik etdi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Rusiyanın “Krılya Sovetov” klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 3:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
Qarşılaşmada rəqib qapısından hər üç topu Ruslan Nəsirli keçirib.
