27 yanvar 2011 12:21
“Komandada heç kimi xüsusi fərqləndirmək istəməzdim”
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə Rusiyanın “Krılya Sovetov” klubunun əvəzedici komandası arasında Antalyada keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, komandamızın çalışdırıcısı AFFA-nın rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Burada keçirdiyimiz ilk oyunla müqayisədə bu dəfə daha yaxşı mübarizə apardıq. Ruslan Nəsirlinin 3 qol vurmasına baxmayaraq, komandada heç kimi xüsusi fərqləndirmək istəməzdim. Ümumilikdə, oyunumuz alındı. Çatışmazlıqları aradan qaldırmaq üçün belə oyunların əhəmiyyəti böyükdü”.
