27 yanvar 2011 12:32
AZAL ilk transferini reallaşdırdı (FOTO)
Antalyada hazırlığı davam etdirən AZAL daha bir əcnəbi futbolçunu heyətə qatdı. Azerisport.az xəbər verir ki, iki yoxlama oyununda baxışdan keçirilən Mənsur Limani ilə müqavilə bağlanıb.
Məşqçilərin etmidadını qazanan alban əsilli serbiyalı futbolçu ilə iki illik anlaşmaya imza atılıb. Sonuncu klubu Albaniyanın "Vlazniya" klubu olan Mənsur dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir.
