27 yanvar 2011 12:40
Xəzər Lənkəranda hollandiyalı mütəxəssis
“Xəzər Lənkəran” yeni əcnəbi mütəxəssis dəvət edib. Azerisport.az xəbər verir ki, bundan sonra Lənkəran klubunun idman direktoru vəzifəsini hollandiyalı Fabian Veldviyk həyata keçirəcək. Azerisport.az xəbər verir ki, “Den Haag” və İngiltərə “Wolverhampton”unun sabiq oyunçusu cənub təmsilçisində gənc futbolçuların alınıb-satılmasına cavabdeh olacaq.
Bir sözlə, “ağ-yaşıllar” gənc istedadların üzə çıxacağı əsl futbol akademiyası yaradırlar. Velviyk isə bu yöndə strukturun yaradılmasına cavabdehlik daşıyır. Hər halda o, bu haqda verdiyi açıqlamada belə qeyd edib: “Yeniyetmə və gənclərdən ibarət komandalar mənim rəhbərliyim altında olacaq”.
Maraqlıdı ki, hollandiyalı mütəxəssislə müqaviləyə əsasən, iki il sonra o, “Xəzər Lənkəran”ın baş məşqçisi də ola bilər. Ancaq təbii ki, burda söhbət əvəzedici komandadan gedir. Axı əsas komanda Mirça Rednikin rəhbərliyi altındadı: “Onlar (XL rəhbərliyi - red.) ancaq gənc futbolçuların yetişdirilməsini və əsas komandada oynaya biləcək səviyyəyə çatdırılmasını istəyirlər”.
