27 yanvar 2011 12:56
Abşeron Zenit`lə qarşılaşacaq
Birinci divizionun lideri “Abşeron” klubu Türkiyədəki təlim məşq toplanışında daha bir neçə sınaq matçında qüvvəsini sınayacaq. Azerisport.az xəbər verir ki, Mirbağır İsayevin komandası yanvarın 28-də Gürcüstanın “VİT Corciya” və Cənubi Koreyanın “Yonsey”, yanvarın 30-da Rumıniyanın “Viktoriya” və Sankt-Peterburqun “Zenit”, fevralın 3-də isə Rumıniyanın “Vointa” klubuyla münasibətlərinə aydınlıq gətirəcək.
