28 yanvar 2011 21:47

XL Chernomorets`ə də uduzdu (YENİLƏNİB)

Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” bu gün qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində növbəti yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, komandamızın bu dəfəki rəqibi də Ukrayna təmsilçisi – “Chernomorets” (Odessa) klubu olub.
 
Antalyada yağan yağış bu matçın keçirilməsi nəzərdə tutulan meydanın ot örtüyünü tamamilə su altında qoyduğundan təfəflər yeni arena axtarmaq məcburiyyətində qalıb. Stadion tapılmasa, qarşılaşma baş tutmayacaqdı. Lakin 19:00-da keçirilməsi nəzərdə tutulan görüş 1 saat gecikməylə də olsa, oynanıldı. Klublar başqa bir meydança taparaq, münasibətlərinə orda aydınlıq gətirdilər.
 
Kifayət qədər məhsuldar alınan matçda "Xəzər Lənkəran" iki dəfə rəqib qapısına yol tapsa da, hər ikisində hesabı bərabərləşdirməyə sevinib. Ukraynalıların son qolu isə onlara qələbə qazandırıb - 2:3.
 
Qeyd edək ki, “Xəzər Lənkəran” bu oyunadək Antalyadakı 5 sınaq matçında “Atırau”ya (Qazaxıstan) 1:2, “Kasımpaşa”ya (Türkiyə) 1:4, “Zarya”ya (Ukrayna) 1:3 uduzduğu halda, “Krivbass”a (Ukrayna) da 1:0 hesabıyla qalib gəldiyi vaxt, matçın 75-ci dəqiqəsində güclü yağış səbəbindən oyunun davam etdirilməməsi qərara alınmışdı. Ukrayna “Metallurq”u (Zaporojye) ilə son görüşdə isə 1:1 hesabı qeydə alınmışdı.
 
Yoldaşlıq oyunu
28 yanvar
 
20:00. XƏZƏR LƏNKƏRAN – CHERNOMORETS - 2:3
 
Ukraynalılar 10-cu dəqiqədə hesabı açıblar
Komandamız 23-cü dəqiqədə hesabı bərabərləşdirir. Lakin Adrian Pitin qolundan az sonra ukraynalılar yenidən hesabda önə keçirlər
60-cı dəqiqədə Banqura yenidən hesabı bərabərləşdirsə də, az sonra "Chernomorets" qələbəni əldən vermək istəmir

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.