28 yanvar 2011 13:14
“Bu toplanışdan gələcək üçün bir neçə oyunçu tapa biləcəyik”
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernhard Lippert yığmamızın Macarıstanın B millisi ilə keçirdiyi oyun barədə fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis bunları dilə gətirib:
“Bu oyunun hansı hesabla başa çatacağı bizim üçün o qədər də əhəmiyyət kəsb etmirdi (Qarşılaşma 2:0 hesabı ilə yığmamızın xeyrinə yekunlaşıb – red.). Əsas o idi ki, toplanışa çağırdığımız oyunçuların taktiki və texniki bacarığını görək. Futbolçuların cəmi iki gün birlikdə məşq etməsinə baxmayaraq, oyunda bəzi müsbət nüanslar var idi. İlk təəssüratımız belədi ki, bu toplanışdan gələcək üçün bir neçə oyunçu tapa biləcəyik”.
