28 yanvar 2011 13:31
Kaka Braga`ya icarəyə verildi
Portuqaliyanın “Braga” klubu Polşa “Lech”i ilə Avropa Liqasının çətin pley-off oyunu öncəsi heyətini gücləndirməyə davam edir. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi bu məqsədlə Kaka və Ukranı heyətinə qatıb.
Lakin bu Kaka hamımızın İspaniya “Real”ından tanıdığımız məşhur braziliyalı yarımmüdafəçi yox, Almaniyanın ikinci Bundesliqasında mübarizə aparan “Hertha”nın mərkəz müdafiəçisidi. O, mövsümün sonuna kimi yeni komandasında icarə əsasında çıxış edəcək.
Ukra isə Portuqaliyanın gənclərdən ibarət yığmasının yarımmüdafiəçisidi və “Porto”dan icarəyə götürülüb. Komandasında əsas heyətə düşməkdə çətinlik çəkən futbolçu da mövsümün sonuna kimi “Braga”da çıxış edəcək.
