28 yanvar 2011 14:01
Ramiz Məmmədov Bakı`nın oyunçusunu yanına aparır
Qazaxıstanın “Atırau” klubunun azərbaycanlı baş məşqçisi Ramiz Məmmədov “Bakı”nın futbolçusuna göz dikib. Azerisport.az xəbər verir ki, həmyerlimiz paytaxt klubunun belçikalı legioneri İbrahim Karqbonu komandasına dəvət etmək istəyir.
Əldə etdiyimiz məlumata görə, Məmmədov bu futbolçunu hətta birbaşa müqavilə bağlamağa da dəvət edir. Lakin futbolçunun “Bakı” ilə müqaviləsi olduğundan, bu keçidin baş tutub-tutmayacağı dəqiq bilinmir.
