28 yanvar 2011 14:07

“Neftçi`nin çoxlu üstünlükləri var”

"Neftçi"nin gənc futbolçusu Mirhüseyn Seyidov Antalya şəhərində keçirilən təlim-məşq toplanışının gedişi barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçi flaqmanın üstün cəhətlərini də açıqlayıb:
 
"Təlim-məşq toplanışında hər şey qaydasındadı. Hazırlıq çox yaxşı gedir. Sevindirici haldı ki, komandada zədəli futbolçu yoxdu. Buna görə də əhval-ruhiyyəmiz daha yüksəkdi. Burada artıq bir yoxlama matçına da çıxmışıq. Ukrayna "Arsenal"ı heç də zəif rəqib deyildi. Hazırlıq matçı olsa da, çox yaxşı oynadıq”.
 
“Neftçi”nin çoxlu üstünlükləri var. Yeni rəhbərliyin gəlişindən sonra komandada yeni mühit yaranıb. İndi flaqmanda birlik var. Təkcə məşqdə deyil, meydançadan kənarda da kollektivçilik, birlik nümayiş etdiririk. "Neftçi"də gənc oyunçular da var, təcrübəlilər də. Elə yaxşı mühit yaranıb ki, çox gənc olmağımıza rəğmən, bizdən böyüklər sıxılmağımıza imkan vermirlər. Bir sözlə, hər şey əladı" – deyə gənc futbolçu komandasındakı mühitdən razılığını dilə gətirib.
 
Seyidov bildirib ki, "ağ-qaralar" çempion olmağa da qadirdı: "Birinci dövrəyə də belə həvəslə hazırlaşmışdıq. Nəticədə qış fasiləsinə ilk pillədə yollandıq. İndi məsuliyyətimiz ikiqat artıb. Çünki çempionatın davamında zirvədəki yerimizi qoruyub, qızıl medallara qovuşmalıyıq. Sağ olsunlar azarkeşlər, Premyer Liqanın ilk hissəsində bizə böyük dəstək göstərdilər. Onlara səslənib demək istəyirəm ki, "altılıq" oyunlarında da "Neftçi"yə dəstəklərini davam etdirsinlər və çempionluğu birgə bayram edək".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.