28 yanvar 2011 14:14
Qəbələ növbəti transferini rəsmiləşdirdi (FOTO)
"Qəbələ" daha bir əcnəbi futbolçu ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, komandanın baş məşqçisi Toni Adams baxışda olan Əlhassan Banqura ilə müqavilə bağanmasına qərar verib.
Qeyd edək ki, Sierra-Leonedən olan futbolçu həm müdafiədə, həm də yarımmüdafiə xəttlərində oynamasıyla fərqlənir. İngiltərənin "Uatford" klubunun yetirməsi olan futbolçu ötən mövsüm "Blackpool"un da şərəfini qoruyub. Onun son klubu isə hazırda Ernani Pereyranın forma geyindiyi "Mersin İdmanyurdu" olub. Hansı ki, vaxtilə İlqar Qurbanov da forma geyinirdi.
Banqura 2008-ci ildə 1 dəfə Sierra-Leone yığmasına çağırılıb.
