28 yanvar 2011 00:18

Toni Adams: Hər mövqedə problemlərimiz var

“Qəbələ” dünən Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində növbəti sınaq matçında yeni ildəki ilk qələbəsinə sevindi. Lakin görüşdən sonra azerisport.az saytına açıqlama verən Toni Adams heç də rəqibdən güclü olduqlarını iddia etmirdi.
 
Bunun səbəbi isə çox sadə idi: çünki Cənubi Koreya çempionatının 6-cısı olan rəqib komandamıza qarşı ikinci heyəti ilə mübarizə aparırdı: “Çox ciddi rəqiblə qarşı-qarşıya gəldik. Onlar dörd gün öncə toplanışa başlasalar da, layiqli oyun sərgilədilər. Qələbə qazanmağımıza baxmayaraq, düşünürəm ki, rəqib bizdən daha güclü idi” – deyə Adams vurğulayıb.
 
Britaniyalı mütəxəssis hələ komandasında baxışda olan yeni afrikalı futbolçular barədə qərar verməyib: “Onlar hələ baxışdadılar. Düzdü, xoş təsir bağışlayırlar. Cəlddirlər, istedadlı olduqları hiss olunur. Ancaq mənə onları yenə iş başında görmək lazımdı. Bazar ertəsi daha bir sınaq matçımız var. Ondan sonra yeni gələnlərin taleyi ilə bağlı qərarımı açıqlayacaç”.
 
London “Arsenal”ının əfsanəsi komandasının hazırda mövcud olan çatışmazlıqlarından danışmaq istəmədi. Bunları komandasına qarşı hörmətsizlik kimi qələmə verən mütəxəssis yalnız aşağıdakıları söyləməklə kifayətləndi: “Mən komandama, futbolçularıma qarşı hörmətsizlik edə bilmərəm. Kollektivdəki çatışmazlıqlardan danışmağım düz çıxmazdı. Sadəcə onu deyə bilərəm ki, bizim hər mövqedə problemlərimiz var”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.