28 yanvar 2011 02:28

Daha bir futbolçumuz Anji`də debüt etdi

Türkiyənin Antalya şəhərində təlim-məşq topanışında olan Rusiyanın “Anji” klubu qardaş ölkədə ikinci sınaq matçını keçirib. Azerisport.az xəbər verir ki, millimizin üzvü Mahir Şükürovun, həmyerlilərimiz Vaqif Sadıqovla Emin Ağayevin yenicə fəaliyyətə başladığı Mahaçqala klubu bu dəfə Rumıniyanın “Universitatea Kluj” komandasıyla görüşüb.
 
Qeyd edək ki, həmyerlilərimizin komandası Türkiyədəki ilk sınaq matçında Polşa “Poloniya”sı ilə qarşılaşmışdı. Lakin Mahir Şükürovun da start heyətində meydana çıxdığı həmin matçda Antalyaya yağan güclü yağış səbəbindən ilk 45 dəqiqədən sonra görüşün dayandırılmasına qərar verilmişdi.
 
Bu dəfəki qarşılaşma isə 90 dəqiqənin tam oynanılmasıyla nəticələnib və həmyerlilərimizin qələbəsiylə başa çatıb – 1:0. Matçdakı yeganə qolu 58-ci dəqiqədə mahaçqalalıların hücumçusu Qolenda vurub.
 
Mahir Şükürov həmişəki kimi, bu dəfə də əsas heyətdə meydana çıxıb. Millimizin aparıcı üzvü 69-cu dəqiqədə əvəzlənsə də, bu, çox güman ki, baş məşqçinin ixtiyarındakı bütün futbolçuları sınamaq istəməsindən irəli gəlib. Hər halda onu əvəzləyən Mirzəbəyov “Anji”nin gənc yetirmələrindəndi və əsas komandada sınanır.
 
Lakin bu görüşdə bizlər üçün daha bir maraqlı məqam ondan ibarətdi ki, hələ bir müddət öncə “Anji”nin Antalyaya apardığını xəbər verdiyimiz Rüstəm Abbasov da “Kluj”a qarşı forma geymək imkanı qazanıb. Belə ki, gənc futbolçumuz 72-ci dəqiqədən etibarən baş məşqçi Hacı Hacıyev tərəfindən meydana buraxılıb.
 
Maraq üçün qeyd edək ki, hələ bir müddət öncə Hacıyevin Türkiyə toplanışına aparacaqlarını dediyi bu yeniyetmə 21 yaşlılardan ibarət yığmamızın üzvüdü. 1991-ci il avqustun 7-də anadan olan, Tolyattidəki Konoplyov adına futbol akademiyasının yetirməsi olan müdafiəçinin taleyinə dair fevralın 5-nə qədər davam edəcək toplanış çərçivəsində qərar verəcək. U-21-in üzvünün baxışdan uğurla keçib-keçməyəcəyinə isə qarşıdakı günlərdə aydınlıq gəlmiş olacaq.
 
“Anji”nin tam heyəti isə belə olub: Маkarov (Ciоyеv, 72), Аnqbva (АBBASOV, 72), Hacıbəyov (Klyava, 70), Tahirbəyov (Pekoviç, 70), Ağalarov (Telidze, 68), Kebe, İvanov (Muhammad, 46), Hacıyev (Roman, 65), ŞÜKÜROV (Mirzəbəyov, 69), Slavov (Çernyak, 70), Qolenda (Timonov, 60).
 
Qeyd edək ki, bu heyətdə Abbasovla yanaşı qapıçılar – Makarovla Cioyev, müdafiəçilər – Anqbva və Telidze, yarımmüdafiəçilər – Hacıyev, Roman, Muhammad və Mirzəbəyov, həmçinin hücumçu Çernyak da baxışdadılar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.