28 yanvar 2011 15:47
Bakı`nın yeni futbolçuları məşqlərə başladı, Cəmşid zədələndi
"Bakı" futbol kubunun Antalyada keçirdiyi təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, hazırlıqların 13-cü gününün səhər məqşində komandada baxışda olan Radomir Todorov və əvəzedici komandadan dəvət olunan 19 yaşlı Nicat Abdullayevlə 18 yaşlı Nurlan Novruzov iştirak ediblər.
Yüngül zədəsi olan Cəmşid Məhərrəmov isə həkim nəzarəti altında fərdi məqşlə kifayətlənib. Müdafiəçi fitnes zalında çalışıb. Cəmşidin zədəsinin yüngül olduğu və yaxın günlərdə komanda ilə birgə məşq edəcəyi bildirilir.
