28 yanvar 2011 16:02
XL daha bir rumınla müqavilə bağladı (FOTO)
“Xəzər Lənkəran” heyətini rumıniyalı futbolçularla genişləndirməyə davam edir. Azerisport.az xəbər verir ki, cənub təmsilçisi baxışa dəvət etdiyi futbolçulardan daha biriylə münasibətlərini rəsmiləşdirib.
Rumıniya mətbuatının iddiasına görə, baş məşqçi Mirça Rednikin rəğbətini qazanan Andrey Mureşanla müqavilə bağlanılıb. Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi “Gloria”da top qovurdu və bu mövsüm 17 oyuna 2 qol vurmağı bacarmışdı.
