28 yanvar 2011 16:31
Starkov Karlsonsla Rubinsə dəvət göndərdi
Latviya yığmasının baş məşqçisi Aleksandr Starkov Boliviya yığmasıyla oyun üçün heyəti açıqlayıb. Azerisport.az xəbər verir ki, “Bakı”nın latviyalı mütəxəssisi eyni vaxtda çalışdığı ölkəsinin milli komandasını da diqqətdə saxlayır.
Qeyd edək ki, paytaxt klubunun yeni baş məşqçisi Latviya yığmasının yeni toplanışına ölkəmizdə top qovan iki futbolçunu da dəvət edib. Bunlar “İnter”in hücumçusu Girts Karlsons və “Qarabağ”ın yarımmüdafiəçisi Andrey Rubinsdi.
