28 yanvar 2011 16:51
Qarabağ: 20-ci günə 22 futbolçuyla (FOTOLAR)
“Qarabağ” Antalyada keçirdiyi təlim-məşq toplanışının 20-ci gününə qədəm qoyub. Azerisport.az xəbər verir ki, cari günə komandanın 2 məşqi planlaşdırılıb.
Səhər məşqi artıq yerli vaxtla 9:45-də baş tutub. 22 futbolçunun iştirak etdiyi çalışma 90 dəqiqə davam edib.
