28 yanvar 2011 17:11
Mirbağır İsayev: Əsas odu ki, onları iş başında gördük
Azərbaycan çempionatının birinci diviziona liderlik edən “Abşeron” bu gün Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində Gürcüstan “VİT-Corciya”sına məğlub oldu (1:2). Görüşdən sonra komandamızın baş məşqçisi Mirbağır İsayev azerisport.az saytına açıqlamasında məğlub olduqları görüşlə bağlı bunları deyib:
“Bu, sadəcə bir yoxlama matçı idi. Hansı ki, nəticə baxımından bizim üçün heç bir əhəmiyyəti yox idi. Başlıcası odu ki, uşaqları iş başında yoxlaya bildik”.
