28 yanvar 2011 19:08
Yığmamızın rəqibi ruslarla sülh bağladı
Futbol üzrə əsas yığma komandamızın Birləşmiş Ərəb Əmirliklərinin Dubay toplanışı çərçivəsindəki rəqiblərindən biri yoxlama görüşündə qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, Xarkov “Metallist”i (Ukrayna) Rusiya çempionu “Zenit”lə qarşılaşıb.
Qarşılaşma 1:1 hesabıyla başa çatıb. Xatırladaq ki, Azərnaycan millisi Ukrayna klubuyla fevralın 2-də qarşılaşacaq.
