28 yanvar 2011 19:18

Sheffield United`in oyunçusu Qarabağ`da

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, qış fasiləsində 3 futblçunu transfer edən komandanın sıralarına bu gün daha bir legioner qoşulub.
 
21 yaşlı Tahar Aymen əslən əlcəzairli olsa da, Britaniya vətəndaşıdı. İngiltərənin ikinci liqasının iştirakçılarından olan “Sheffield United”in üzvüdü. Hücum xəttində daha çox hücumçuların arxasında oynama qabiliyyətinə malik olan Tahar yüksək texnikaya malikdi. Britaniya vətəndaşı olmasına baxmayaraq, Tahar tarixi vətəninin millisinə üstünlük verib. 1989-cu il təvəllüdlü Aymen tarixi vətəni Əlcəzairin 21 yaşlılardan ibarət millisinin şərəfini qoruyur.
 
Gənc  və perspektivli yarımmüdafiəçi haqqında komandanın baş məşqçisi Qurban Qurbanov yanvarın 30-da keçiriləcək yoxlama oyununda qərar verəcək.
 
Qeyd edək ki, "Qarabağ" bu futbolçuya kimi qış fasiləsində öncə yerli oyunçulardan İlqar Qurbanovu heyətində qatmışdısa, ardından iki əcnəbi futbolçu (qapıçı Bojan Pavloviç və yarımmüdafiəçi Nderim Nedzipi) ilə münasibətlərini rəsmiləşdirmişdi. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov saytımıza son müsahibəsində artıq yeni futbolçu almaq fikirlərinin olmadığını desə də, deyəsən, britaniyalı da komandada saxlanılacaq.
 
Ağdam klubunun bu transfer pəncərəsindəki transferlərinin indiyəqədərki siyasətlə üst-üstə düşməməsi də diqqət çəkir. Axı qış fasiləsinə kimi heyətində cəmi 5 legioner (Ansi Aqolli, Admir Teli, Andrey Rubins, Devran Ayhan və Georgi Adamiya) olan "Qarabağ" onların sayını 7-yə qaldırdı. Britaniyalı futbolçu da bəyənilsə, əcnəbilərin sayı 8-ə çıxacaq və Ağdam klubu da Premyer Liqanın digər klublarından birinə çevriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.