28 yanvar 2011 23:24
Neftçi Rusiya klubunu səfərdə məğlub etdi
Rusiyanın Krasnodar vilayətinin Krımsk şəhərində təlim-məşq toplanışında olan "Neftçi"nin əvəzedici heyəti ikinci yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandanın gəncləri Rusiyanın "Krasnodar" klubunun əvəzedici heyəti ilə qarşılaşıblar.
Görüş 1:0 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb. Yeganə qolu oyunun sonlarında İlham Allahverdiyev vurub.
Xatırladaq ki, hazırlıq prosesini fevralın 4-dək davam etdirəcək İqor Getmanın rəhbərlik etdiyi komanda ilk yoxlama görüşünü "Spartak" (Nalçik) klubunun əvəzedici heyətinə qarşı keçirmiş və həmin oyun 1:1 hesabı ilə başa çatmışdı.
