28 yanvar 2011 23:32

Avstriyalılarla oyuna itkisiz hazırlıq (FOTOLAR)

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən "Neftçi" bu gün iki dəfə məşq edib. Azerisport.az xəbər verir ki, səhər məşqlərində futbolçular əsasən fiziki təmrinləri yerinə yetiriblər.
 
Axşam məşqi isə toplu çalışmalardan ibarət olub. Günorta saatlarında Antalyada başlanan yağış flaqmanın məşqi zamanı da davam edib. Məşqin sonlarına doğru yağış güclənsə də, bu, hazırlığa mənfi təsir göstərməyib.
 
Baş məşqçi Arif Əsədov "Neftçi"nin saytına açıqlamasında hər şeyin qaydasında olduğunu bildirib: "Dünən günortadan sonra futbolçular istirahət etdiklərinə görə, bugünkü ilk məşqdə fiziki yüklənmə oldu. Komandada hər şey yaxşıdı. Yalnız Emil Mpenzanın yüngül zədəsi var. Daha doğrusu, onun dizindəki köhnə zədəsi tam sağalmayıb. Fiziki yüklənmə olduqda, ağrılar verir. Digər futbolçuların səhhəti normaldı. Sabah səhər də məşq edəcəyik və bundan sonra növbəti yoxlama matçını keçirmək üçün Belekə yollanacağıq".
 
Qeyd edək ki, "ağ-qaralar" sabah Bakı vaxtı ilə saat 20:00-da Avstriyanın Qrats şəhərini təmsil edən "Şturm"la qarşılaşacaqlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.