28 yanvar 2011 11:42
Millimiz yenə ən zəiflərin sırasında
UEFA 21 yaşadək futbolçular arasında 2013-cü ildə keçiriləcək Avropa çempionatının İsraildə keçirilməsinə qərar verib. Azerisport.az xəbər verir ki, bu çempionatın seçmə mərhələsinin püşkatması isə fevralın 3-də baş tutacaq.
Püşkatma ərəfəsində qitə futbol qurumu artıq iştirakçıları 5 səbətə bölüb. Azərbaycan yığması sonuncu - 5-ci səbətdə qərarlaşıb.
Bütün səbətlərin tərkibi isə belədi:
1-ci səbət: İngiltərə, Hollandiya, İtaliya, İspaniya, Rusiya, İsveç, Serbiya, Almaniya, Çexiya, Rumıniya.
2-ci səbət: Uels, Fransa, Belarus, Türkiyə, Ukrayna, İsveçrə, Avstriya, Portuqaliya, Belçika, Danimarka.
3-cü səbət: Macarıstan, Xorvatiya, Şotlandiya, İslandiya, Moldova, Slovakiya, Yunanıstan, Finlandiya, Şimali İrlandiya, Ermənistan.
4-cü səbət: Çernoqoriya, Gürcüstan, Latviya, Sloveniya, Norveç, Polşa, İrlandiya, Bolqarıstan, Bosniya və Herseqovina, Makedoniya.
5-ci səbət: Albaniya, Kipr, Farer adaları, Qazaxıstan, Litva, Estoniya, Azərbaycan, Andorra, San-Marino, Lüksemburq, Malta, Lixtenşteyn.
