28 yanvar 2011 11:53
Qurban Qurbanov: Artıq yeni oyunçu almaq planlarımız yoxdu
Türkiyənin Antalya şəhərindəki hazırlıqlarını davam etdirən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytının suallarını cavablayıb.
- “Qarabağ”ın “İllychivets”lə son oyunu haqda nə deyə bilərsiz?
- Təbii ki, maraqlı oyun alındı. Bütün 90 dəqiqə boyunca meydanda mübarizə vardı. Həm müsbət, həm də mənfi cəhətlərimizi gördük. Bu da normaldı. Axı bütün futbolçular böyük yüklənmə ilə çıxış edirlər. Belə olan halda da futbolçular bütün bacarıqlarını ortata qoya bilmirlər. Buna baxmayaraq, qələbə qazandıq və bütövlükdə normal oynadıq.
- Hansı çatışmazlıqlar sizi narahat edir?
- Hələlik oyun təcrübəsinin azlığı. Hələ heç kim 90 dəqiqə oyun sərgiləməyib. Problem oyunçularla bağlıdı ki, bir neçə futbolçumuz Azərbaycan yığmasının düşərgəsinə yollandı. Amma hər halda belədə digərləri üçün gözəl şans yaranıb.
- Müqavilə bağladığınız yeni futbolçulardan nə dərəcədə razısız?
- Heç də pis təsir bağışlamırlar. Düzdü, Nderim Nedzipi hələlik formasını bərba edir, amma Bojan Pavloviç pis deyil.
- “Qarabağ”ın başqa gözaltı etdiyi futbolçu var?
- Yox. Bizim artıq elə planlarımız yoxdu.
- Əfran İsmayılovun hazırkı durumu necədi?
- Onun vəziyyəti gündən-günə yaxşılaşır. Biz onu Dubaya buraxmadıq, riskə getmək istəmədik. Axı o tez-tez İstanbulda həkim müayinəsindən keçir.
- “Altılığ”ın ilk oyunlarına kimi əsas heyətə qayıda biləcək?
- Yox, bu mümkün olmayacaq. Ola bilər ki, hazır olsun, amma biz onu qorumalıyıq. Hər oyunun sonunda 15-20 dəqiqə buraxacağıq. Birdən-birə yüklənməsini istəmirik.
- Yoldaşlıq oyununu izlədiyiniz “Qəbələ” necə təsir bağışladı?
- Onlar həmişə öz güclü hücum xətti və sürətli əks-hücumları ilə fərqlənir. Birinci hissədə baxışda olan futbolçularını oynatdılar, ikinci hissədə isə artıq öz əsas heyətlərini Düşünmürəm ki, qış fasiləsində “Qəbələ” çox dəyişib. Onların öz heyəti var, hansı ki, sadəcə 1-2 əlavəyə ehtiyac duyula bilər.
- Ancaq “Qəbələ”nin yeni forması “Milan”ın formasından fərqlənmir. Rəqibinizin belə imici sizi qorxutmur?
- Yaxşısı budu bu haqda heç düşünməyək.
