28 yanvar 2011 00:22
Beşiktaş Tabatanı Qətərə, Finki almanlara verdi
Dövrələrarası fasilə dönəmində heyətini supertransferlə gücləndirən Türkiyənin “Beşiktaş” klubu əvəzində heyətindəki digər legionerlərinin bir neçəsini transferə çıxardı. Azerisport.az xəbər verir ki, artıq həmin oyunçulardan ikisi özünə yeni klub tapıb.
Belə ki, “ağ-qaralar”ın braziliyalı oyunçusu Rodriqo Tabata Qətərin “Al-Rayyan” klubuna satılıb. Daha doğrusu, təcrübəli yarımmüdafiəçi, sözügedən ölkədə mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək.
“Qara qartallar”ın alman futbolçusu Mihael Fink isə ölkəsinə dönüb. O, Bundesliqa təmsilçilərindən “Borussia” (Münhenqladbax) komandası tərəfindən icarəyə götürülüb.
