28 yanvar 2011 12:04
Bakı üçün daha bir rəqib
“Bakı” futbol klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində daha bir sınaq matçı keçirəcək. Azerisport.az xəbər verir ki, Aleksandr Starkov yetirmələrini Rumıniyanın “Pandury” klubu ilə görüşdə sınaqdan keçirəcək.
Qeyd edək ki, görüş yanvarın 31-də baş tutacaq. Matçın başlama saatı isə hələlik dəqiqləşməyib.
