28 yanvar 2011 15:29
Abşeron 9 nəfərlə VİT-Corciyaya uduzdu (YENİLƏNİB)
Bu gün Azərbaycan birinci divizionun lideri “Abşeron” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq matçına çıxıb. Azerisport.az xəbər verir ki, qarşısına növbəti mövsümdən Premyer Liqada çıxış etmək vəzifəsini qoyan komandanın bu dəfəki rəqibi Gürcüstanın “VİT-Corciya” klubu ilə münasibətlərinə aydınlıq gətirib.
Maraq üçün xatırladaq ki, buna qədər artıq Mirbağır İsayevin yetirmələri qardaş ölkədə iki sınaq matçı keçirmişdi. Almaniyanın “Vupertal” klubuna 4:2 hesabıyla qalib gələn “Abşeron” Qazaxıstanın “Akjayik” klubunu da 1:0 hesabıyla məğlubiyyətə uğratmışdı.
Lakin bu dəfə birinci divizionun lideri məğlubiyyət acısı dadıb. İkinci hissədə iki futbolçusunun meydandan qovulması İsayevin komandasının gürcülərə yenilməsinə səbəb olub.
Abşeron - VİT-Corciya - 1:2 (1:1)
Artıq oyunda hesabı açılıb. Gürcülər erkən qolla hesabda önə keçib - 0:1
Orxan Həsənov 30-cu dəqiqədə komandamızı məğlubiyyətdən qurtarıb - 1:1
Ruslan Tağızadə ikinci hissədə meydandan qovulur
"Abşeron" 9 oyunçuyla qalır. Orxan Həsənov da qırmızı vərəqə alır
Belədə gürcülər say üstünlüyündən yararlanıb, hesabda önə keçirlər
