29 yanvar 2011 13:28

Vladimir Miçoviç: Burdakı atmosfer Neftçi`dəkindən daha yaxşıdı

Birinci divizionun lideri “Abşeron”un serbiyalı qapıçısı Vladimir Miçoviç azerisport.az saytına müsahibəsində öz klubundan danışıb, “Neftçi”ni xatırlayıb və Branimir Subaşiçin yenidən Azərbaycan futboluna qayıdışına münasibətini açıqlayıb.
 
- “Neftçi”də 5 mövsüm keçirən bir qapıçı üçün Azərbaycan çempionatının birinci divizionunda çıxış etmək çətin deyil ki?
- Etiraf edim ki, məndə “Neftçi”dən sonra daha iki kluba keçmək üçün təkliflər var idi. Lakin mən “Abşeron”u seçdim. Klub rəhbərliyinin komandaya münasibətini, məşqçini bəyəndim. Şadam ki, belə qarşısına böyük məqsədlər qoymuş bir klubda çalışıram. Başa düşürəm ki, bu, geriyə addımdı, axı mən heç vaxt birinci liqada çıxış etməmişəm. Ancaq bu komandanın qarşısına qoyduğu məqsədlərə çatmasında yardımçı olmaq istəyirəm. Baxın görün “Abşeron”un necə heyəti var, necə gənc futbolçular cəmləşib burda. Düşünürəm ki, onlardan bir neçəsi gələcəkdə yığmaya da düşəcək.
 
- Məqsədlərdən söhbət düşmüşkən, aydın məsələdi ki, Premyer Liqaya düşmək istəyirsiz. Hazırda birinci divizionun liderisiz və bu, kifayət qədər realdı. Premyer Liqaya vəsiqə qazandınız, sonra?
- Əlbəttə, öncə Premyer Liqaya düşməliyik ki, qarşımıza daha ciddi vəzifələr qoyaq. Düşünürəm ki, “Abşeron”a Premyer Liqadakı ilk mövsümü çox ağır olacaq. Amma sonrakı mövsümündə klub qarşısına “altılığ”a düşmək vəzifəsini qoya bilər. Bunun üçün də heyətə əl gəzdirmək lazım gələcək.
 
- Gəncləri buna kökləmək olurmu, ümumiyyətlə, buna necə nail olursuz?
- Psixoloji cəhətdən çox çətindi. Birinci divizion mənim səviyyəmə uyğun deyil. Amma təkrar edirəm ki, burda atmosfer daha yaxşıdı, nəinki o vaxt “Neftçi”də olan.
 
- Çıxışınız necədi?
- Hələlik normaldı, 6 oyunda bir dənə də qol buraxmamışam. Həm də buna əsas rəqiblərimizdən olan “Rəvan”, “Bakılı” və “Neftçi” İSM kimi komandalarla oyunlarda nail olmuşam. İndi də qarşıdakı oyunlara hazırlaşırıq.
 
- Yəqin ki, keçmiş klubunuzun çıxışını da izləyirsiz...
- Əlbəttə, imkan düşdükcə, Premyer Liqanın oyunlarına baxıram. Şadam ki, “Neftçi” birinci yerdədi və düşünürəm ki, çempion da məhz bu klub olacaq. Startda bir qədər alınmasa da, sonradan hər şey yoluna düşdü. Yeri gəlmişkən, hazırkı heyətimizdə “Neftçi”nin üç gənc futbolçusu da yer alır – Orxan Həsənov, Ruslan Tağızadə və Eşqin Quliyev.
 
- Bəs rəqiblər barədə nə deyərdiz?
- Hələlik mən əsas rəqib kimi “Xəzər Lənkəran”ı daha səviyyəli hesab edirəm. Bu klub hər il çempionluğa oynayır. Bu mövsüm də mübarizə son tura kimi davam edəcək. Lakin çox təəssüf ölkə kubokunda bu iki komanda arasında final oyunu olmayacaq. “Neftçi”ylə “Xəzər Lənkəran” kubokda erkən qarşılaşmasaydı, super final olardı.
 
- Daha hansı klubları fərqləndirə bilərsiz?
- AZAL və “Bakı”nı. Həqiqətən, Nazim Süleymanovdan belə komanda gözləmirdim. Ola bilər ki, çox gözəl oyun sərgiləmirlər, amma nəticəyə oynamağı bacarırlar. “Bakı” təəccübləndirir, təbii ki, pis tərəfdən. Düşünməzdim ki, bu klub belə vəziyyətə düşər. O komandada nə baş verir, heç kim bilmir. Ümid edirəm ki, Starkovun gəlişindən sonra işləri qaydasına düşər.
 
- Keçmiş komanda yoldaşınızın komandasını unutdunuz...
- Subaşiçi deyirsiz? Mən “Qəbələ”dən gələn il üçün nəticə gözləyirəm. Belə infrastrukturu olan klub təbii ki, zəif oyun sərgiləyə bilməzdi. Mən çox şadam ki, Subaşiç yenidən Azərbaycan futboluna qayıtdı və arabir qol da vurur. Ümid edirəm ki, Azərbaycan yığmasına da qayıdacaq.
 
- Subaşiçdən başqa “Nefçti”dəki sabiq oyundaşlarınızdan daha kimlərlə əlaqə saxlayırsız?
- Çoxlarıyla. Məsələn, yaxınlarda Stefanova zəng vurmuşdum, hansı ki, hazırda ÇSKA-nın ikinci məşqçisidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.