29 yanvar 2011 14:07
“Azərbaycana yenilgi sözün hər mənasında bir fəlakət idi”
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Türkiyə yığmasının hollandiyalı baş məşqçisi Qus Hiddink yenə Bakıdakı məğlubiyyətlərini xatırlayıb. Azerisport.az xəbər verir ki, o, Türkiyə mətbuatına müsahibəsində bunları dilə gətirib:
"Biz çalışmalarımıza may ayında başladıq. Yəni ABŞ turnesi bu çalışmaların başlangıcı idi. Orada sadəcə ABŞ qarşısında istədiyimiz nəticəni qazana bilmədik. Komandamızı formalaşdırarkən, bunu sadəcə nəticələrə baxaraq gerçəkləşdirmədik. Ardından Almaniya və həmən ardınca Azərbaycan yenilgileri gəldi. Almaniya qarşısında təəssüf ki, yaxşı müqavimət göstərə bilmədik, hətta mübarizəmiz sıfır idi. Azərbaycan qarşılaşması isə sözün hər mənasında bir fəlakət idi. Bu hesablar ard-arda gəlincə, təbii ki beynimizdəki islahatları da dərhal həyata keçirmək məcburiyyətində qaldıq”.
