29 yanvar 2011 14:24
Azərbaycanlı futbolçular Mainz`la qarşılaşacaq
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 30-da Almaniyanın “Mainz” klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
