29 yanvar 2011 16:58

Şaxtyor`un oyunçusu Bakı`da (FOTO)

"Bakı" baxışa daha bir futbolçu dəvət edib. Azerisport.az xəbər verir ki, baş məşqçi Aleksandr Starkov ukraynalı Ruslan Leviqanı sınayır.
 
Artıq komandanın Antalyadakı düşərgəsinə qoşulan futbolçu axşam məşqində iştirak edəcək. Qeyd edək ki, Ruslan Leviqa 31 yanvar 1983-cü ilə Ukraynda dünyaya gəlib. Donetsk "Şaxtyor"unun yetirməsi olan futbolçu 2002-ci ildə komandanın əsas heyətinə cəlb olunub və 2008-ci ilə qədər müqavilə ilə bu kluba məxsus olsa da, əsas heyətə düşə bilməyib.
 
O, 2003-cü ildə "Metallurq" (Donets, Ukrayna), 2004-də "Sokol" (Rusiya, 10 oyun), 2004-2005-də "Borisfen" (Ukrayna,  11 oyun, 3 qol), 2005-2006-da "İlliçevets" (Ukrayna, 33 oyun, 5 qol), 2006-2008-də isə "Vorskla" (Ukrayna, 15 oyun) klublarına icarəyə verilib. 2008-ci ildə "Çernomorets"ə (Odessa) transfer olunan Ruslan 2010-a qədər 26 oyunda 6 qol vurub. 2010-cu ildə Qazaxıstanın "Tobol" klubunda çıxış edən futbolçu (11 oyun, 2 qol) ölkə çempionu olub.
 
Leviqa 2 dəfə Ukrayna U-21-nin formasını geyinib və 1 qola imza atıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.