29 yanvar 2011 17:12
Stefan Barbikoni sabah qayıdır
"Bakı" futbol klubunun Antalya təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, hazırlığın 15-ci günündə futbolçular tam heyətlə baş məşqçi Aleksandr Starkovun rəhbərliyi altında məşqə çıxıblar.
Ötən həftə ayağında ağrılar yaranması səbəbi ilə Fransaya müalicəyə yollanan Stefan Barbikoni bazar günü Antalyaya qayıdacaq. Komandanın fransız müdafiəçisi sabah düşərgədə olacaq.
Bazar ertəsi günündə isə (31 yanvar 2011) "Bakı" sayca 4-cü yoldaşlıq oyununu keçirəcək. Rəqib "Pandury" (Rumıniya) klubu olacaq.
