29 yanvar 2011 21:08
Nazim Süleymanov Almaniya klubu üzərində qələbəyə sevindi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında davam edən AZAL növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, "Titanik" otelinin stadionunda Almaniyanın 3-cü divizionunun təmsilçisi "Berliner AK 07" klubu ilə qarşılaşan “təyyarəçilər” rəqibi məğlubiyyətə uğradıb - 3:2.
AZAL-ın qollarına Anar Həsənov, Usim Nduka və Viktor İbekoyi imza atıb. Qeyd edək ki, bakılılar Antalyada sonuncu matçını iki gün sonra keçirəcək. Həmin gün AZAL-ın rəqibi "Volfsbuq"un ikinci komandası olacaq.
