29 yanvar 2011 21:11
AZAL belaruslu və latviyalı futbolçularla müqavilə bağladı
Transfer fəaliyyətini davam etdirən AZAL daha iki futbolçunu sıralarına qatıb. Azerisport.az xəbər verir ki, komandanın təlim-məşq toplanışında iştirak edən və 3 yoxlama oyununda baxışdan keçirilən belaruslu Gennadi Bliznyuk və latviyalı Ritus Krijaklis bu gün müqaviləyə imza ataraq keçidini rəsmiləşdirib.
Hər iki futbolçu ilə ikiillik müqavilə bağlanılıb. Qeyd edək ki, AZAL daha bir hücumçu axtarışındadı. Sonuncu yoxlama oyununda baxışa dəvət olunan namizədlər sınaqdan keçirildikdən sonra forvardın kimliyinə də aydınlıq gətiriləcək.
