29 yanvar 2011 21:29
Azərbaycan millisi almanlar üzərində qələbə qazandı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Almaniyanın Berlin şəhərini təmsil edən “Türkiyemspor” klubunun U-19 komandası ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 2:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
Qolları Ruslan Nəsirli və David Qarayev vurub.
