29 yanvar 2011 22:00
Asiya çempionatı yaponların zəfəriylə başa çatdı
Qətərdə düzənlənən Asiya çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin qızış medalı uğrunda qarşılaşmada Yaponiya və Avstraliya üz-üzə gəlib.
Matçın əsas vaxtında tərəflər qapılara yol tapa bilməyincə, əlavə vaxt təyin olunub. Məhz əlavə vaxtda avstriyalıların qapısına yol tapmağı bacaran yaponlar qələbə hesabını sonadək qoruyub saxlamağı bacarıb. Nəticədə qitə birinciliyinin qızıl medalları Yaponiyaya qismət olduğu halda, Avstraliya gümüş medallarla kifayətlənib.
Qeyd edək ki, Asiya çempionatının dünən keçirilən 3-cü yer uğrunda oyununda da Cənubi Koreya Özbəkistan üzərində 3:2 hesablı qələbəyə sevinmişdi.
Asiya Kuboku
Final
29 yanvar
Avstraliya – Yaponiya – 0:1 (əlavə vaxtda)
Qol: T.Li, 110.
