31 yanvar 2011 00:20
Türkiyə çempionatı: Beşiktaş və Trabzonspor da məğlub oldu (YENİLƏNİR)
Türkiyə Superliqasında 19-cu turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə 4 qarşılaşma keçirilib.
“Karabükspor”la “Kayserispor” qolsuz heç-heçəyə razılaşarkən, “Sivasspor”la “Antalyaspor” da hərəyə bir qol vurduğu matçdan 1 xalla ayrılıb. “Bucaspor” isə doğma meydanda “Kasımpaşa”nı darmadağın edib. Nəhayət ilk oyun gününün ən maraqla gözlənilən duelində “Galatasaray” səfərdə son çempion “Bursaspor”la qarşılaşıb və iki cavabsız qolla məğlub olub.
İkinci oyun günündə digər iddialılardan "Beşiktaş" da məğlub olub. Qış fasiləsində heyətinə qatdığı ulduzlarla özündən söz etdirən Şusterin komandası 45-ci dəqiqədə Aurelionun meydandan qovulmasının əziyyətini ikinci hissədə artıqlamasıyla çəkib. "Qara qartallar" hesabı bərabərləşdirməsinə rəğmən son dəqiqələrdə daha bir qol buraxaraq, xalsız qalıb.
Əvəzində Türkiyənin digər nəhəngi "Fenerbahçe" lider "Trabzonspor"u məğlub yola salması ilə fərqlənə bilib. 12 sarı, 3 qırmızı vərəqənin verildiyi bu qarşılaşmada uduzmasına baxmayaraq, trabzonlular zirvədəki yerini qoruyublar.
Türkiyə Superliqası
19-cu tur
29 yanvar
Karabükspor – Kayserispor – 0:0
Sivasspor – Antalyaspor – 1:1
Qollar: Kılıç, 35 – Tita, 16.
Bucaspor – Kasımpaşa – 4:0
Qollar: Musa, 4; 14, Leandro, 38, Taşkıran, 74.
Bursaspor – Galatasaray – 2:0
Qollar: Miller, 36, Vederson, 45.
30 yanvar
Ankaragücü - Manisaspor - 1:3
Qollar: Akan, 42 - Kahe, 26, Güven, 89; 90.
İstanbul BB - Beşiktaş - 2:1
Qollar: Sezario, 35, İskender, 90 - Simao, 66.
Gaziantepspor - Genclerbirliği - 1:1
Qollar: Adin, 38 - Öztekin, 66.
Fenerbahçe - Trabzonspor - 2:0
Qollar: Luqano, 19, Nyanq, 23.
31 yanvar
22:00. Eskişehirspor - Konyaspor
| 1 | Trabzonspor | 19 | 13 | 4 | 2 | 41 | - | 13 | 43 |
| 2 | Bursaspor | 19 | 12 | 5 | 2 | 34 | - | 12 | 41 |
| 3 | Fenerbahce | 19 | 12 | 3 | 4 | 43 | - | 21 | 39 |
| 4 | Kayserispor | 19 | 10 | 6 | 3 | 25 | - | 14 | 36 |
| 5 | Besiktas | 19 | 9 | 4 | 6 | 31 | - | 21 | 31 |
| 6 | Manisaspor | 19 | 9 | 1 | 9 | 29 | - | 28 | 28 |
| 7 | Gaziantepspor | 19 | 7 | 7 | 5 | 17 | - | 16 | 28 |
| 8 | Istanbul BB | 19 | 8 | 2 | 9 | 24 | - | 22 | 26 |
| 9 | Galatasaray | 19 | 8 | 2 | 9 | 20 | - | 23 | 26 |
| 10 | Eskisehirspor | 18 | 6 | 7 | 5 | 18 | - | 17 | 25 |
| 11 | Karabukspor | 19 | 7 | 4 | 8 | 30 | - | 31 | 25 |
| 12 | Antalyaspor | 19 | 6 | 6 | 7 | 20 | - | 24 | 24 |
| 13 | Ankaragucu | 19 | 5 | 7 | 7 | 26 | - | 33 | 22 |
| 14 | Genclerbirligi | 19 | 4 | 6 | 9 | 17 | - | 30 | 18 |
| 15 | Sivasspor | 19 | 3 | 7 | 9 | 18 | - | 34 | 16 |
| 16 | Konyaspor | 18 | 3 | 6 | 9 | 17 | - | 27 | 15 |
| 17 | Bucaspor | 19 | 3 | 6 | 10 | 14 | - | 28 | 15 |
| 18 | Kasimpasa | 19 | 1 | 5 | 13 | 14 | - | 44 | 8 |
