29 yanvar 2011 00:01
AÇ-2011: Nasimovun həmyerliləri üçüncü də ola bilmədi
Qətərdə düzənlənən Asiya çempionatında üçüncü yer uğrunda oyun keçirilib. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin bürünc mükafatı uğrunda qarşılaşmada Özbəkistan ilə Cənubi Koreya üz-üzə gəlib.
Qeyd edək ki, “Nefçti”nin hücumçusu Bahodir Nasimovun həmyerliləri – özbəklər yarımfinalda Avstriya yığmasına 0:6 hesablı darmadağınla 3-cü yer uğrunda oynamaq məcburiyyətində qalmışdılar. Cənubi Koreya isə Yaponiyaya penaltilər seriyasında məğlub olmuşdu. Lakin bürünc medallar uğrundakı görüşdə koreyalılar özbəkləri minimal üstünlüklə də olsa, məğlub etməyi bacarıblar.
Qeyd edək ki, Asiya çempionatına bu gün yekun vurulacaq. Həlledici qarşılaşmada Avstraliya və Yaponiya yığmaları qarşılaşacaq.
Asiya Kuboku
3-cü yer uğrunda oyun
28 yanvar
Özbəkistan – Cənubi Koreya – 2:3
Qollar: Qeynrix, 43-pen; 53 – J.Ko, 18, D.Ji, 28; 39.
