29 yanvar 2011 00:03
Patsini Inter'də, Luis Suares Liverpool`da!
Avropada transfer pəncərəsinin bağlanmasına az qalmış transfer bombaları da artmaqda davam edir. Azerisport.az xəbər verir ki, ötən gün İtaliyanın “Inter” klubu Patsinini rəsmən rənglərinə bağlayarkən, İngiltərənin “Liverpool” klubu da Luis Suaresin keçidini həll edib.
Son İtaliya çempionu “Inter”, Campaolo Patsini üçün dəqiq miqdarı açıqlanmayan məbləğlə yanaşı, Conatan Biabianini də “Sampdoria”ya verib. Beləliklə, Seriya Ada indiyə qədər 64 qol vuran oyunçu 2015-ci ilə qədər Milan klubunda çıxış edəcək.
İngiltərə “Liverpool”u isə uzun müddətdi heyətinə qatmaq istədiyi Hollandiyanın “Ajax” klubunun gənc uruqvaylı hücumçusuna qovuşmağın sevincini yaşayır. Lakin ingilislər bu yolda hollandlara düz 26.5 milyon avro ödəməli olub.
