29 yanvar 2011 11:52
Galatasaray Beşiktaş`ı TT Arenaya buraxmadı
Türkiyənin “Galatasaray” klubu, İstanbulun digər nəhəng klubu “Beşiktaş”ın “Türk Telekom Arena”da oynamaq istəyini qəbul etməyib. Azerisport.az xəbər verir ki, “sarı-qırmızılı” klubdan verilən açıqlamada bunun mümkünsüzlüyü vurğulanıb.
Qeyd edək ki, “Beşiktaş” may ayında “İnönü” stadionunu söküb, yerində yenisini inşa etdirmək istədiyindən, həmin müddətdə ev oyunlarını başqa bir arenada keçirmək məcburiyyətindədi. “Qara qartallar” belə məkanlardan biri kimi yenicə istifadəyə verilən “Türk Telekom Arena”nın adını çəkirdilər.
Lakin “Galatasaray”ın idarə heyətinin üzvlərindən olan Murat Yalçındağ verdiyi açıqlamada bunun mümkün olmadığını bildirib: “Belə bir şeyi biz də eşitdik. Ancaq biz “Beşiktaş”ı sadəcə evimizdə oynayacağımız matçda qonaq etməkdən məmnun olarıq. Sadəcə bu qədər ola bilər”.
