29 yanvar 2011 00:11
Turan Antalyada son məşqinə çıxdı
Tovuzun “Turan” klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışına yekun vurur. Azerisport.az xəbər verir ki, komandamız dünən qardaş ölkədə son məşqinə çıxıb.
Günü 2 məşqlə başa vuran Naci Şensoyun komandası bu gün Antalyadakı son yoxlama matçına çıxacaq. Tovuzluların öncə Gürcüstan “VİT-Corciya”sı ilə qarşılaşacağı gözlənilsə də, rəqib komandanın bu görüşdən imtinası səbəbindən, başqa rəqib tapılıb. Nəticədə “Turan” bu gün Cənubi Koreya Superliqasında mübarizə aparan “Gyeongnam”la üz-üzə gələcək.
Qeyd edək ki, son birinciliyi altıncı sırada bitirən bu komanda bu günlərdə Premyer Liqamızın digər təmsilçisi “Qəbələ” ilə də qarşılaşmış və 0:2 hesabıyla məğlub olmuşdu.
Koreyalılarla görüşdən dərhal sonra “Turan”ın vətənə qayıtması gözlənilir.
