29 yanvar 2011 21:50

Neftçi Avstriya klubunu da məğlub etdi (YENİLƏNİB)

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Premyer Liqamızın lideri “Neftçi” bu gün qardaş ölkədə növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun bu dəfəki rəqibi Avstriyanın “Şturm Graz” klubu olub və növbəti qələbəsini qazanıb.
 
Qeyd edək ki, bu, Arif Əsədovun komandası Antalyadakı ilk hazırlıq prosesi dövründə Rusiyanın "SKA-Energiya" klubu ilə qarşılaşmış və oyun 1:1 hesabı ilə başa çatmışdı. Bu dəfəki toplanış dövründə isə Ukraynanın “Arsenal” klubuyla qarşılaşmada 2:1 hesablı qələbə əldə olunmuşdu.
 
Yoldaşlıq oyunu
29 yanvar
 
NEFTÇİ – ŞTURM GRAZ - 2:0 (2:0)
 
"Neftçi": Rauf Mehdiyev, Terlan Quliyev, İqor Mitreski, Denis Silva, Ruslan Əmircanov, Slavço Georgievski, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Rəşad Abdullayev, Ruslan Qurbanov, Bahodir Nasimov.
 
"Şturm"un start heyəti: Qratsey, Ernrayş, Şildenfild, Feldhofer, Pyuerhar, Volf, Veber, Foda, Hotsl, Kinast, Salmutti.
 
Matç başladı
İlk dəqiqələrdən komandamız hücumdadı
5-ci dəqiqədə Qurbanovun zərbəsi...ancaq qapıçı yerindədi
Qol! 9-cu dəqiqədə qapıçı ilə təkbətək çixan Bahodir Nasimov topu tora qovuşdurdu
Avstriyalılar yalnız buraxılan qoldan sonra hücum haqqında düşünməyə başlayıblar. Buna baxmayaraq, rəqib "Neftçi"nin qapısı qarşısında heç bir təhlükəli vəziyyət yarada bilmir
17-ci dəqiqədə rəqib ilk qol imkanına malik oldu. Rauf Mehdiyev topu tutmaq istəyərkən, səhvə yol verdi. Top rəqib oyunçuya düşdü. Ardıcıl qapıya vurulan zərbələrin qarşısını əvvəlcə Ruslan Əmircanov, ardından Rauf aldı
Qol! 22-ci dəqiqədə Rəşad Abdullayevin ötürməsini Bahodir Nasimov başla qapıya göndərdi - 2:0
Hər iki komanda fəal olsa da, hələlik bunu qola çevirə bilmirlər
Oyun yenə də əsasən mərkəz xəttin yaxınlığında gedir. Son dəqiqələrdə yalnız Rauf Mehdiyevin rəqib futbolçu ilə toqquşması yadda qalıb. Yaxşı ki, zədə ciddi olmadı və o, oyunu davam etdirir
 
İkinci hissə başladı
Emil Mpenza ilə Araz Abdullayev Qurbanovla Seyidovu əvəzləyir
Avstriyalılar ikinci hissəyə kobud oyunla başlayırlar. Onlardan birinin zərbəsi Arazın üzünə dəyir
58-ci dəqiqədə Rəşad Abdullayev və Bahodir Nasimovun yerinə Flavinyo və Elmar Baxşiyev mübarizəyə qoşulur
61-ci dəqiqədə Araz Abdullayev əla keçiddən sonra qapı önünə ötümə versə də, Mpenzanın baş zərbəsini "Şturm"un qapıçısı tutur
66-cı dəqiqədə Rauf Mehdiyev komandasını real qoldan xilas edir
72-ci dəqiqədə "Neftçi"də qapıçı Rauf Mehdiyev yerini Elçin Sadıqova verir
Elə bir dəqiqə sonra o, komandasını qoldan xilas edir
Denis Silvanı Tural Nərimanov əvəzləyir
Kərim Diniyev də Tərlan Quliyevi əvəzləyir
Arif Əsədov gənc futbolçular - Elyun Yaqublu və Malik Babayevi də meydana daxil edir
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.