29 yanvar 2011 12:17
Ramiz Məmmədov vitse-çempionla siftə edəcək
Qazaxıstan Futbol Federasiyası yeni ölkə çempionatının təqvimini müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, həmyerlimiz Ramiz Məmmədovun komandası olan “Atırau” ilk oyununu martın 6-da, səfərdə vitse-çempion “Aktobe”yə qarşı keçirəcək.
Azərbaycanlı mütəxəssisin ən vacib görüşü isə aprelin 24-də baş tutacaq. Həmin gün “Atırau” son ölkə çempionu “Tobol” ilə münasibətlərinə aydınlıq gətirəcək.
