29 yanvar 2011 00:23
Qəbələ`nin qənimi Abşeron`a da acımadı
Dünən Azərbaycan çempionatının birinci divizionunun lideri “Abşeron” eyni gündə ikinci sınaq matçını keçirib. Azerisport.az xəbər verir ki, gündüz Gürcüstanın “VİT-Corciya” klubuna 1:2 hesabıyla məğlub olan Mirbağır İsayevin komandası az öncə Cənubi Koreyanın “Yonsey” klubu ilə dueldən də 0:2 hesablı yenilgiylə ayrılıb.
Qeyd edək ki, bu komanda bir neçə gün öncə Toni Adamsın çalışdırdığı “Qəbələ” klubu üzərində də 3:1 hesablı qələbəyə sevinmişdi.
Maraq üçün xatırladaq ki, buna qədər artıq Mirbağır İsayevin yetirmələri qardaş ölkədə iki sınaq matçı keçirmişdi. Almaniyanın “Vupertal” klubuna 4:2 hesabıyla qalib gələn “Abşeron” Qazaxıstanın “Akjayik” klubunu da 1:0 hesabıyla məğlubiyyətə uğratmışdı.
