29 yanvar 2011 12:44
"Xəzər Lənkəran`la oyun çox faydalı oldu"
Ukraynanın “Chernomorets” klubunun baş məşqçisi Roman Qriqorçuk dünən keçirilən “Xəzər Lənkəran”la yoldaşlıq oyunu barədə fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, o, 3:2 hesabıyla qələbə qazandıqları görüşdən sonra klubun rəsmi saytına açıqlamasında bunları deyib:
“Bu günkü oyunumuz çox gərgin alındı. Buna rəqibin yaxşı komanda olması səbəb oldu, hansı ki, çox ciddi futbol oynayır. “Xəzər Lənkəran”da fiziki cəhətdən çox güclü oyunçular var. Taktiki və texniki cəhətdən vərdişləri yaxşıdı, fərdi mübarizələrdə də gözəl təsir bağışlayırdılar. Odu ku, bu rəqiblə oynamaq çox faydalı oldu. Biz hesabı öncə 1:0, sonra 2:1 etdik. Amma hər dəfə rəqibimiz hesabı bərabərləşdirdi. Silantyevin vurduğu üçüncü qol isə həlledici oldu. Bizim uşaqlar bu görüşə tam ciddi yanaşdılar”.
