31 yanvar 2011 01:45
İtaliya çempionatı: Juve uduza-uduza gedir (YENİLƏNİB)
İtaliya çempionatında 22-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
Hesabat turunun açılış oyununda “Lazio” doğma meydanda “Fiorentina” üzərində qələbə qazanıb. Çempionatın lideri “Milan” isə səfərdə “Catania” üzərində eynihesablı qələbəyə sevinib.
İkinci oyun gününə nəzərdə tutulan qarşılaşmalardan biri təxirə salınıb. "Bologna" - "Roma" dueli güclü qar yağması səbəbindən 17-ci dəqiqədə dayandırılıb. "Napoli" doğma meydanda "Sampdoria"ya divan tutub. Son çempion "İnter" isə doğma meydanda "Palermo"ya məğlubiyyətdən güclü yaxa qurtarıb. Bunda isə daha çox milanlıların cəmi iki gün öncə sıralarına qatdığı Patsininin rolu böyük olub.
Nəhayət turun qapanış matçında doğma meydanda "Udinese" ilə qarşılaşan "Juventus" növbəti məğlubiyyətini alıb.
İtaliya A Seriyası
22-ci tur
29 yanvar
Lazio – Fiorentina – 2:0
Qollar: Kozak, 69-pen; 73.
Catania – Milan – 0:2
Qollar: Robinyo, 58, İbrahimoviç, 85.
30 yanvar
Brescia - Chievo - 0:3
Qollar: Pellisye, 45; 90, Mandelli, 47.
Cagliari - Bari - 2:1
Qollar: Matri, 8; 12 - Okaka, 14.
Matçın 42-ci dəqiqəsində qonaqların oyunçusu Rudolfo, 89-cu dəqiqəsində isə meydan sahiblərinin üzvü Akvafreska penaltidən yararlana bilməyib.
Genoa - Parma - 3:1
Qollar: Palasio, 16-pen, Paletta, 44-öz qapısına, Kaladze, 45 - Krespo, 32.
Inter - Palermo - 3:2
Qollar: Patsini, 57; 73, Eto, 76-pen - Mikkoli, 5, Noçerino, 36.
Matçın 63-cü dəqiqəsində qonaqların oyunçusu Pastore penaltidən yararlana bilməyib.
Lecce - Cesena - 1:1
Qollar: Korviya, 12 - Boqdani, 90.
Matçın 82-ci dəqiqəsində qonaqların üzvü Budan penaltidən yararlana bilməyib.
Napoli - Sampdoria - 4:0
Qollar: Kavani, 16; 45-pen; 57, Hamşik, 48.
Juventus - Udinese - 1:2
Qollar: Markizio, 60 - Sapata, 67, Sançes, 85.
"Bologna" - "Roma" görüşü matçın 17-ci dəqiqəsində güclü qar yağışı səbəbindən təxirə salınıb.
| 1 | Milan | 22 | 14 | 5 | 3 | 39 | - | 18 | 47 |
| 2 | Napoli | 22 | 13 | 4 | 5 | 36 | - | 20 | 43 |
| 3 | Lazio | 22 | 12 | 4 | 6 | 29 | - | 21 | 40 |
| 4 | Inter | 21 | 11 | 5 | 5 | 36 | - | 24 | 38 |
| 5 | Roma | 21 | 11 | 5 | 5 | 31 | - | 24 | 38 |
| 6 | Udinese | 22 | 11 | 3 | 8 | 36 | - | 29 | 36 |
| 7 | Juventus | 22 | 9 | 8 | 5 | 36 | - | 27 | 35 |
| 8 | Palermo | 22 | 10 | 4 | 8 | 36 | - | 28 | 34 |
| 9 | Cagliari | 22 | 8 | 5 | 9 | 26 | - | 23 | 29 |
| 10 | Chievo | 22 | 6 | 9 | 7 | 23 | - | 22 | 27 |
| 11 | Sampdoria | 21 | 6 | 9 | 6 | 20 | - | 22 | 27 |
| 12 | Genoa | 21 | 7 | 6 | 8 | 18 | - | 20 | 27 |
| 13 | Fiorentina | 21 | 6 | 7 | 8 | 21 | - | 23 | 25 |
| 14 | Bologna | 21 | 7 | 7 | 7 | 23 | - | 29 | 25 |
| 15 | Parma | 22 | 6 | 7 | 9 | 22 | - | 28 | 25 |
| 16 | Catania | 22 | 5 | 7 | 10 | 18 | - | 29 | 22 |
| 17 | Lecce | 22 | 5 | 6 | 11 | 21 | - | 39 | 21 |
| 18 | Cesena | 22 | 5 | 5 | 12 | 16 | - | 28 | 20 |
| 19 | Brescia | 22 | 5 | 3 | 14 | 17 | - | 30 | 18 |
| 20 | Bari | 22 | 3 | 5 | 14 | 14 | - | 34 | 14 |
