30 yanvar 2011 01:54
Yığmamız Almaniya klubuna məğlub oldu
Almaniyada təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün “Regensburq” klubunun qızlardan təşkil olunmuş U-17 komandası ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə “Regensburq”un xeyrinə başa çatıb. Yığmamızın heyətində Olya Şioşvili fərqlənib.
