30 yanvar 2011 14:14
“Arda Turan ulduz deyil”
Türkiyənin “Galatasaray” klubunun əfsanələrindən olan Tanju Çolak “sarı-qırmızılı” tərəfdarları əsəbləşdirəcək açıqlamalarla gündəmə gəlib. Azerisport.az xəbər verir ki, illər öncə “Galatasaray”dan “Fenerbahçe” klubuna transfer olan və o gündən bəri Galatasaraylılar tərəfindən bağışlanmayan Türkiyə millisinin keçmiş üzbü qardaş ölkə mətbuatına açıqlamasında kapitan Arda Turanın ulduz olmadığını iddia edib:
“Hər kəs Arda üçün ulduz deyir. Amma mənə görə ulduz deyil. “Galatasaray”da ulduz görə bilmirəm. Bunun üçün biz Galatasaraylılar çok üzülürük. Amma əlimizdən gələn nəsə yoxdu”.
Qeyd edək ki, dünən “Bursaspor” səfərindən 0:2 hesablı məğlubiyyətlə dönən “Galatasaray” hazırda Superliqada 26 xalla yeddinci pillədədi. Məhz bu uğursuzluqlara münasibətini açıqlayan Tanju “sarı-qırmızılı” komandanın çempionatı 8-ci və ya 10-cu sırada bitirəcəyini təxmin etdiyini söyləyib.
